Forbest lenta

Rusiya əleyhinə vahid ittifaq yaradılır

Britaniya hökuməti bütün beynəlxalq ittifaqların xətti ilə Rusiyaya qarşı vahid alyans siyasəti yürütmək niyyətindədir.

Forbest.az xəbər verir ki, bu barədə “The Guardian” məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Məlumata görə, Birləşmiş Krallığın xarici işlər naziri Boris Conson NATO və Avropa İttifaqı toplantılarında, həmçinin  “Böyük iyirmiliyin” və “Böyük yeddiliyin” sammitlərində “Rusiya təxribatları” mövzusunu qaldıracaq.

Britaniya hökumətinin Solsberidə keçmiş rusiyalı casusun zəhərlənməsi və Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə faktlarını önə çəkəcəyi bildirilir.

London Rusiyaya qarşı geniş əhatəli strategiya gerçəkləşdirmək niyyətindədir.

Bu mürəkkəb strategiya Rusiyanın kiberhücumlarından qorunma yolları, Rusiya təhdidlərinə qarşı NATO-nun siyasəti, Rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar, Rusiya dezinformasiyasına qarşı mübarizədə kompleks yanaşmanın problemlərini əhatə edəcək./oxu.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*