Forbest lenta

İflas edən oyuncaq nəhəngini iranlı milyarder almaq istəyir

“Toys R Us”, ötən payızda iflas istəməsinin ardından istənilən təklifləri ala bilmədiyi üçün 15 gün ərzində ABŞ və Kanadadakı bütün mağazalarını bağlayacağını bildirmişdi. İran əsilli ABŞ vətəndaşı milyarder Isaac Larian “Toys R Us” qapısını 890 milyon dollarlıq təkliflə döyüb.

İflas edən və bir vaxtlar oyuncaq sektorunun nəhəngi olmuş “Toys R Us” üçün İran əsilli amerikalı milyarder İsaac Larian 675 milyon dollarlıq təklif təqdim edib.

Forbest.az xəbər verir ki, ABŞ-da olan 735 mağazasını 2 həftə ərzində tamamilə bağlanacağını bildirən “Toys R Us” şirkəti satılmaq istəyir, ancaq uyğun bir təklif ala bilmirdi. Larian, bu təklifin 200-ün bir az üzərindəki mağaza sayı üçün olduğunu bildirib. Milyarder iş adamı Kanadada yerləşən 80 ədəd “Toys R Us” mağazası üçün də 215 milyon dollar təklif edib.

“MGA Entertainment” adında bir şikəti olan İsaac Larian maliyyələşdirməni öz valyutasından,banklar və  investorlardan toplayacağı fondla təmin edəcəyini deyib.

Larianın təklifi qəbul edildiyi təqdirdə satın alınan “Toys R Us” mağazaları yalnız oyuncaq satmayacaq, əyləncə nöqtələrinə çeviriləcək. Larian, “hər məhəllədə mini bir “Disneyland” olduğunu xəyal edin” deyib. O,  “Toys R Us” mağazalarını ailələrin bütün gün vaxt keçirəcəyi bir yerə çevirmək niyyətindədir.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*