Forbest lenta

Dünyanın ən böyük neft-qaz şirkətləri

Dünyanın ən böyük neft-qaz şirkətləri

Forbes.com saytı karbohidratların çıxarılması həcmi üzrə böyük neft-qaz şirkətlərinin siyahısını təqdim edib. Reytinqin xüsusiyyəti ondan ibarətddir ki, burada çıxarılmış neft və qazın həcmi bir gündə şərti barellərdə hesablanmış şəkildə təqdim edilib.

Reytinqin digər xüsusiyyəti ondan ibarətdir ki, bura ancaq ictimai və qismən dövlət korporasiyalarının deyil, həmçinin tamamilə dövlət korporasiyalarının məlumatları daxil edilib. Jurnalistlər isə əksər hallarda dövlət korporasiyaları haqqında məlumat verməyi unudurlar.

Bir çox ölkələrin məhz dövlət korporasiyaları və hətta neft və qaz nazirlikləri məşhur şəxsi şirkətlərdən daha çox neft və qaz çıxardırlar.

Biz sizə forbes.com saytının tərtib etdiyi reytinqi tərcümə edib təqdim edirik.

1. Saudi Aramco  – 12,5 milyon b/g (neft barrelin bir günə olan ekvivalenti)

Səudiyyə Ərəbistanın dövlət neft-qaz şirkəti. Birja qiymətlərinin dinamikasından asılı olaraq neftin çıxarılmasını azaldaraq və yaxud çoxaldaraq nefti dünya bazarında faktiki olaraq tənzimləyən güc kimi çıxış edir.

2. Qazprom – 9,7 milyon b/g

Hökuməti idarə edən rus şirkəti. Əldə olunan karbo hidratların əsas hissəsini qaz təşkil edir, lakin Qazprom  “Qazprom neft” boyük neft şirkətinin demək olar ki, 100% səhmlərinə sahibdir. Bir neçə hüquqi şəxslər vasitəsi ilə dövlətə Qazpromun 50%-dən çox səhmləri məxsusdur. Lakin şirkətdə həqiqi hakimiyyət bir qrup menecərə mənsubdur. Qazpromun maliyyə mənbələri şəxsi Qazprombankına xidmət göstərir. Qazprombankı Sankt-Peterburqdan “Rusiya” bankı idarə edir. Bu bank “Vladimir Putinin dostlarının bankı” adlanır.

3. National Iranian Oil Co. – 6,4 milyon b/g

Tamamilə İranın dövlət korporasiyası. Son zamanlarda İrandan qərb ölkələrinə neft idxalına qoyulmuş sanksiyalar səbəbindən çətinliklər yaşayır. Buna baxmayaraq İran uğurlu şəkildə Hindistanla, Türkiyə və Çin ilə dollarlar və qızıl əvəzinə onları neft ilə təchiz etməklə əməkdaşılıq edir.

4. ExxonMobil  – 5,3 milyon b/g

İllik gəliri 500 milyard dollarla dünyanın nəhəng şəxsi neft-qaz şirkəti. Digər nef-qaz korporasiyalardan fərqli olaraq onlarla ölkədə işləyərək həqiqətən də qlobal bir şirkət hesab edilir. Sərt beynəlxalq siyasətinə və dəb dəyərlərinə laqeydli yanaşdığına görə dünyanın ən çox nifrət edilən şərkətlərindən biridir.

4. PetroChina – 4,4 milyon b/g

Dövlət tərəfindən idarə edilən Çin neft- qaz şirkəti üç Çin neft nəhənglərindən biri hesab edilir. Bir zamanlar bütün dünyada ən böyük ictimai şirkətlərdən biri idi, lakin tədricən bu şirkət ucuzlaşmağa başladı.

5. BP -4,1 milyon b/g

Xoşagəlməz rejimlər üzrə işləyən Britaniyanın “xüsusi şirkəti” . Bir zamanlar öz ölkəsinə və səhmdarlara xeyir gətirərək çoxlu “isti nöqtələrdə” işləməyi bacarmışdı. Son illərdə gücünü ABŞ-da və Rusiyada neft çıxarılmasına yönəldib.

6. Royal Dutch Shell  – 3,9 milyon b/g

ExxonMobil şirkətinin Avropa analoqu olan bu şirkət şəxsi qlobal ingilis-niderland korporasiyasıdır. Royal Dutch Shell şirkəti neftçilər üçün biznes etiketinə aid ənənəvi anlayışlarını qoruyub saxlayır.

Afrika və Rusiyada fəal şəkildə çalışır.

7. Pemex (Petróleos Mexicanos) -3,6 milyon b/g

Meksikanın dövlət neft şirkəti həddindən artq çox pis idarəetməyə sahibdir. Meksikada bütün dünyanın ən böyük neft  şirkətinə olmasına baxmayaraq Meksika nefti idxal edir. Çünki Premex şirkətinin neftin satışından gəlirlər təkrar emal investisiyalarına deyil, dövlət (həmçinin sosial) proqramlara gedir.

8. Chevron -3, 5 milyon b/g

Beynəlxalq nef-qaz və enerji korporasiyasının qərərgahı ABŞ-da yerləşir. Karbohidratların alınması və emalından savayı bu şirkət elektrik enerjisinin istehsalı ilə də məşğuldur, həmçinin fəal şəkildə “alternativ” enerji layihələrinə qoşulub. Şirkətin neftin və qazın əsas əldə edici gücləri ABŞ-da, Avstraliyada, Nigeriyada, Anqolada, Qazaxıstanda yerləşir.

9. Kuwait Petroleum Corp -3,2 milyon b/g

Bir çox neft və qaz çıxardan və emal edən şirkətlərə nəzarət edən Küveytin dövlət neft-qaz holdinqi. Qəribə olsa da, geniş şəkildə Danimarkanın, İsveçin, Belçikanın, Niderlandın pərakəndə benzin bazarında Q8, OKQ8, Q8 Easy kimi brendlərlə təqdim olunub.

10. Abu Dhabi National Oil Co. -2,9 milyon b/g

BƏƏ-in dövlət neft-qaz şirkəti. Hər şeydən savayı ABŞ hökumətinin böyük tərəfdaşı hesab edilir. Həmçinin amerikan qoşunlarını yanacaq ilə təchiz edir.

 

banker.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*