Forbest lenta

Bitcoin-nin rəqibi Litecoin məşhurlaşdı

Bitcoin-in aşağı əməliyyat sürəti və ödənişlər üçün yüksək xərc tutması tənqid olunur. Litecoin-in təsisçisi Çarli Li bu problemlərin həlli üçün sözügedən kriptovalyutanı yaratmışdı.

Liyə “SatoshiLite” ləqəbi verildi. O, bir müddət sonra bütün Litecoin tokenlərini “pump-dump” prosesindən zərər görməmək məqsədilə satdı. Bitcoin-in ciddi tənqid olunduğu dövrdə Litecoin məşhurlaşdı. Ancaq ICO və Bitcoin Cash-in kölgəsində qaldı.

Ötən həftə “Business İnsider”-da 99 milyon dollar dəyərindəki Litecoin-in sadəcə olaraq 40 sentə göndərildiyi xəbəri dərc olundu. Fevralda Avropada onlayn ticarətlə məşğul olan sayt ödənişlərdə Litecoin qəbul etməyə başladı.

Digər tərəfdən, onlar kriptovalyuta kredit kartı “Wirex” Litecoin-i dəstəklədiyini açıqladı. “Wirex” Litecoin-ə uyğun hala gələrsə, Litecoin kartı ilə alış-veriş edilə biləcək. Həmçinin digər coinləri Litecoinə çevirmək mümkün olacaq. “Wirex”-in CEO-su bu açıqlamanı verib:

“Wirex” getdikcə böyüyən platformadır. Yeni kriptovalyutalara müraciət etməyimiz təbiidir. Litecoin-in böyük potensialı var. Ötən il apardığımız sorğuda məlum oldu ki, Litecoin-in məşhurluğu Bitcoin-inkinə yaxınlaşır. Onun qlobal ödən metoduna çevriləcəyinə inanırıq”.

Litecoin 7 oktyabr 2011-ci ildə Bitcoin Core-un hard fork-a çevrilməsi ilə yaradılmış açıq kodlu proqramdır. Bitcoin-dən əsas üstünlüyü blokun yaradılması müddətinin daha az olmasıdır. Bundan əlavə, Litecoin-lərin sayı 84 milyona bərabərdir.

Linin planı Litecoin-in yalnız şəxsi istifadə üçün deyil, həm də korporativ istifadə üçün yararlı olmas idi. Son vaxtlar bunun reallaşdığının şahidi oluruq./kripto.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*