Forbest lenta

Aqressiv satışlara baxmayaraq “Atasığorta”nın xalis mənfəəti və məcmu kapitalı azalıb

Aqressiv satışlara baxmayaraq “Atasığorta”nın xalis mənfəəti və məcmu kapitalı azalıb

Aqressiv satışlara, yeni filiallarının açılmasına baxmayaraq ötən il şirkətin mənfəətində artım olmayıb. Şirkət 2017-ci ili 955 745 manat xalis mənfəətlə başa vurub.

FORBEST.az xəbər verir ki, 2016-cı illə müqayisədə şirkətin  xalis mənfəəti 25% azalıb. “AtaSığorta” 2016-cı ildə 1,278 mln. manat, 2016-ci ildə isə 1,238 mln. manat xalis mənfəət əldə etmişdi.

2016-cı illə müqayisədə ötən il şirkətin məcmu gəlirləri 7,3% artaraq 17,205 mln. manat, cəmi xərcləri isə 13% artaraq 16,148 mln. manat təşkil edib.

Şirkətin topladığı sığorta haqları 2016-cı ildə 8,803 mln. manat olduğu halda, 2017-ci ildə bu rəqəm 13,856 mln. manat təşkil edib. Sığorta ödənişləri 3,543 mln. manatdan 5,025 mln. manata yüksəlib.

2016-cı ildə işlərin aparılması xərcləri 4,877 mln. manat olduğu halda 2017-ci ildə bu rəqəm 7,276 mln. manata yüksəlib. Xərclər artdığından şirkətin xalis mənffəəti də azalıb.

Ötən il şirkətin cəmi aktivləri 32,232 mln. manatdan 29,701 mln. manata düşüb.

Marja.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*