Forbest lenta

“AFB Bank” İdarə Heyəti sədri işdən çıxıb

“AFB Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Zaur Qaraisayev bankı tərk edib.

Məlumata görə, onu bankın İH sədrinin 1-ci müavini Aydın Hüseynov əvəz edir.

Report-un əldə etdiyi məlumata görə isə Z.Qaraisayevə “AFB Bank”ın daxil olduğu “Gilan Holdinq” MMC-də yüksək vəzifə verildiyi bildirilir.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (“Gilan Holdinq”in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*