Forbest lenta

ABŞ birjaları günə çöküşlə başladı – Neft ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ birjaları günə çöküşlə başladı – Neft ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ birjaları ticarət müharibəsi gərginliyinin yenidən artması ilə, həftənin ilk iş gününə 3%-ə yaxın azalma ilə başlayıb.

Nasdaq İndeksi 2.60 faiz və S&P 500 İndeksi 2.35 faiz düşüb. Dou Cons İndeksi isə 2.14% enib.

Nasdaq İndeksində sərt azalmaya texnologiya şirkətləri səbəb olub. ABŞ Prezidenti Donald Trampın Amazon-a təzyiqlərini davam etdirməsi səbəbindən şirkətin səhmləri ötən həftədən bəri 11 faiz ucuzlaşıb. Amazon səhminin qiymətində geriləmə bu gün də 5%-ə yaxınlaşıb. Facebook-un səhmləri isə 2.53 faiz ucuzlaşıb.

S&P 500 İndeksi 200 günlük orta göstəricidən aşağı düşüb. Analitiklər S&P-nin 200 günlük orta göstəricidən aşağı düşməsinin “yaxşıya işarə olmadığını” bildirirlər. Satışların daha da arta biləcəyi gözlənilir.

Çin, ABŞ-ın polad və alüminium tariflərinə qarşılıq, ABŞ-dan idxal edilən 128 məhsula 15 faiz ilə 25 vergi tətbiq etməyə başlamışdır.

Həmçinin Tramp Twitter üzərindən, DACA müqaviləsini (Körpəlikdən Gələn Miqrantlar Üçün Təxirə Salınmış Hərəkət Proqramı) ləğv edərək, Meksika və ABŞ sərhədinə divar tikmək istədiyini açıqlayıb.

Bakı vaxtı ilə saat 20:50-yə olan məlumata görə, Brent nefti 2% ucuzlaşaraq 67,94 dollara düşüb.

Dollar mühüm valyutalar qarşısında bahalaşıb. Avro/Dollar məzənnəsi 1.2289 səviyyəsinə geriləyib. Dollar Avro qarşısında artıq 0,3% dəyər qazanıb.

“Etibarlı liman” hesab edilən qızıl 1%-dən çox bahalaşaraq unsiyasının qiyməti 1342 dolları keçib.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*