Forbest lenta

Toyuq ətində dünya nəhəngi iflas etdi!

Toyuq ətində dünya nəhəngi iflas etdi!

Fransanın şimal-şərqində yerləşən və son illər maliyyə problemləri yaşayan, dünyada ilk üç toyuq əti istehsalçısı arasında yer alan Fransanın “Doux” şirkəti haqqında qərar açıqlanıb.

Forbest.az xəbər verir ki, Rennes Ticarət Məhkəməsində baxılan məcburi ləğv işində “Doux”un 31 Maya qədər fəaliyyətini davam etdirməsinə və şirkətin satışına qərar verilib.

“Les Echos” qəzeti, 2013-cü ildə Avropa İttifaqının (Aİ) dəstəyi kəsilən və Braziliyalı istehsalçılarla rəqabəti davam etdirə bilməyən “Doux”un, bir başqa Fransa şirkəti LDC və ya Ukraynanın MHP şirkətinə satışının gündəmdə olduğunu yazıb.

Şirkətin qarşısında duran ən böyük problemin 2 minə yaxın işçisinin məşğulluğu olduğu qeyd edilən xəbərdə, baş tutacaq satış sonra çalışanların bir qisminin işinə davam edə biləcəyi qeyd olunub.

Fransa toyuq əti istehsalının 50%-ə yaxını ixrac edilərkən, “Doux”un ən böyük müştərisinin Səudiyyə Ərəbistanı olduğu öyrənilib.

Fransanın şimal-şərq bölgəsində çoxlu sayda toyuq fermasının həyat mənbəyi olan “Doux” haqqında 2012-də də iflasın təxirə salınması qərarı verilmişdi.

Şirkətin ən böyük səhmdarı “Terrena” tərəfindən daha əvvəl verilən açıqlamada, maliyyə vəziyyəti getdikcə pisləşən şirkətin illik zərərinin 35 milyon avro olduğu bildirilmişdi.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*