Forbest lenta

Tesla-nın üzərində qara buludlar dolaşır

Tesla-nın üzərində qara buludlar dolaşır

Elon Musk-ın sahibi olduğu Tesla birjada çətin günlər keçirir. Mart ayının əvvəlindən bu yana şirkətin səhmlərindəki ucuzlaşma 25%-ə çatıb.
Tesla-nın üzərində qara buludlar dolaşır. Tesla, Model 3 avtomobilinin istehsalında və təhvilində baş verən çətinliklər, ötən günlərdə sürücünün ölümü ilə nəticələnən qəza və dərhal arxasından “Citigroup” ilə “Vilas Fund”ın rəhbərliyinin mənfi analizləri şirkətin səhmlərinin kəskin düşməsinə səbəb olub. Moodys-in şirkətin reytinqini aşağı salması da səhmlərin uculaşmasına mənfi təsir göstərib.

Xüsusilə Vilas investisiya fondunun rəhbəri Con Tompsonun etdiyi analizdə Tesla-nın 4 ay içərisində bata biləcəyini açıqlaması şirkətin səhmlərində tənəzzülün dərinləşməsinə səbəb olub.

“Karyeramda bu qədər absurd bir şey görməmişəm” deyən Thompson “Elon Musk, şlyapadan dovşan çıxarmadığı müddətdə Tesla dörd ay ərzində iflas edəcəkdir” – ifadələrini istifadə edib.
Şirkətlərin mənfəət açıqlamaq məcburiyyətində olduğunu deyən Thompson, Tesla-da olanları daha əvvəl heç görmədiyini bildirib.

Thompson müştərilərinə göndərdiyi məktubda Tesla-nın iflasın astanasında olduğunu qeyd edib.

Tesla-nın bazar dəyərinin Ford-un bazar dəyərini 2 dəfə keçdiyinə diqqət çəkən Thompson, buna qarşı Fordun ötən il 6 milyon avtomobil istehsal etdiyini və 7,6 milyard dollar mənfəət açıqladığını, Tesla-nın isə 100 min avtomobil istehsal edib 2 milyard dollar zərər ediyini söyləyib.

1 Trackbacks & Pingbacks

  1. VCM investisiya şirkətinin proqnozu: Tesla 3 aydan sonra iflas edəcək. – Forbest

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*