Forbest lenta

“Neftin barrel qiymətinin 300 dollara qalxmasının mümkündür”

Hedc fondu rəhbəri Pierre Andurand, neftin barrel qiymətinin 300 dollara qalxmasının mümkün olduğunu bildirib.

Forbest.az xəbər verir ki, aparıcı neft hedc fondunun rəhbərlərindən Pierre Andurand, enerji şirkətlərinin yeni istehsala yatırm etmək məsələsində istəksizlikləri səbəbindən neftin barrel qiymətinin bir neçə il ərzində 300 dollara qalxmasının imkansız olmadığını bildirib.

Tez-tez yuxarı istiqamətli proqnozları ilə gündəmə gələn Andurand sözlərinə görə, elektrikli avtomobillərin gələcəkdə neftə tələbi azaldacağı gözləntisi şirkətlərin uzunmüddətli hasilat layihələrinə investisiyalarını məhdudlaşdırıb.

Andurand, “Ziddiyyətli bir şəkildə, neftə tələbin azalacağı qorxusu ən sərt təklif çatışmazlığı şokunu yarada bilər. Əgər neft qiymətləri kifayət qədər sürətli artmasa, neftin barel qiymətinin bir neçə il ərzində 300 dollar olması mümkünsüz deyil”- deyib./marja.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*