Forbest lenta

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi edilib

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.

Yeni kənd təsərrüfatı naziri İnam Kərimovun imzaladığı əmrlə qurumun Texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov vəzifədən azad edilib.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Nazirin digər əmri ilə K.İmanov Kənd Təsərrüfatı Nazirliyinin Təsərrüfat şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilib.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*