Forbest lenta

İndoneziyanın “əriyən” ehtiyatı məzənnəni dəstəkləməyə çatmadı

İndoneziya Mərkəzi Bankının səhmlər və istiqrazlardan xarici investor çıxışının qarşısını almağı hədəfləyən bazar müdaxiləsi uğursuz olmuş kimi görünür.

Forbest.az “Bloomberg News”a istinadən xəbər verir ki, bazar, mərkəzi bankın bütün diqqətinin təxminən 27 ayın aşağı səviyyəsində əməliyyat görən İndoneziya Rupiası üzərində olmasından mənfi təsir görür.

İndoneziya Mərkəzi Bankının rəhbəri Agus Martowardojo, ötən həftə çıxışında mərkəzi bankın məzənnəni sabitləşdirmək üçün faiz artırmaqdan çəkinməyəcəyini və likvidlik bolluğunu təmin etmək üçün bazara müdaxilə etməyi davam etdirəcəyini bildirmişdi.

Mayın 8-də yayımlanacaq rəqəmlər, Fevral və Mart aylarında 6 milyard dolların üzərində valyuta ehtiyatı “əridən” İndoneziya Mərkəzi Bankının Aprel ayındakı fəaliyyətini göstərəcəkdir./marja.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*