Forbest lenta

Fed: 2018-də faizin 3 dəfə artırılmasını dəstəkləyir

Reuters-ə danışan Fed-in Atlanta şöbəsinin sədri Raphael Bostic, iqtisadi inkişafın üçdən çox faiz artırılması tələb etməsinə baxmayaraq, 2018-də bütövlükdə faizin 3 dəfə artırılmasını dəstəklədiyini bildirib.

Bostic eyni zamanda, “iqtisadi göstəricilərin göstərəcəyi vəziyyətə görə, 2 faiz artımına da, 4 faiz artımına da açığam” deyib.

“İqtisadiyyata baxmalısınız. Hazırda vəziyyət xeyli ümidverici dir” deyən Bostic,” İnflyasiyanın 2 faiz hədəfinin bir az üstünə çıxması vahiməyə düşəcəyimiz, ya da həyəcanlı bir şəkildə hərəkət edəcəyimiz mənasına gəlmir” ifadələrini istifadə edib.

Bosticin bu il pul siyasəti üçün səsvermə hüququ var.

ABŞ Mərkəzi Bankı Fed-in Nyu-York şöbəsinin sədri Vilyam Dadli (William Dudley) də “inflyasiyanın 2%-in bir az üzərində olması problem yaratmaz” demişdi./marja.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*