Forbest lenta

Antalyada Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı təqdimat olub

Antalyada Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı təqdimat olub

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Aynurə İsmayılova Antalyada “Bağçılıq dəyər zəncirinin inkişafı” mövzusunda keçirilən seminarda “Azərbaycanda ərzaq və kənd təsərrüfatının inkişafı ilə bağlı irəliləyişlər və gələcək üçün çağırışlar” mövzusunda təqdimatla çıxış edib.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, iştirakçılar kənd təsərrüfatı müəssisələrinə səfər edib, Türkiyənin bağçılıq sahəsində təcrübəsi ilə tanış olublar.

Seminarda Azərbaycan ilə yanaşı, Gürcüstan, Çin, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistandan olan mütəxəssislər, eləcə də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun, Asiya İnkişaf Bankının nümayəndələri iştirak edib.

Üç gün davam edən seminarda “Bağçılıq dəyər zəncirinə ümumi baxış”, “Hollandiya bağçılıq sektoru”, “Məhsul yığımından sonrakı idarəetmə”, “Dəyər zəncirinin idarəolunması və nəzarət strukturu”, “Soyuq (anbar) zəncir modelləri: coğrafi və logistik mülahizələr, daşınma metodları”, “Dəyər zəncirinin yerləşdiyi sənaye zonası və bağçılıq məhsullarının ixracı” və ölkə təcrübələri mövzularında təqdimatlar dinlənilib.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*