Forbest lenta

“YKK” – zəncirbəndlərin üzərindəki bu yazı nə deməkdir?

Bəzən kiçik bir kəşf insan həyatını asanlaşdırır. Və bu kəşf həyati vacib olmayada bilər. Məsələn, paltarlarımızdakı zəncirbənd. Təsəvvür edin ki, əgər bu xırda kəşf olmasaydı, səhər bir yerə tələsərkən geyinəcək olduğunuz jins şalvarla nə qədər zaman itirərdik. Bu arada fikir vermisinizmi demək olar ki, bütün zəncirbəndlərin üzərində “YKK” bu üç hərf qeyd olunub. Bu sirli yazının nə olduğunu bu gün aydınlaşdıracağıq.

Diqqətlə jins geyminizə, cüzdanınıza və hətda qış ayaqqabılarınıza yaxından baxın: çox güman ki, hər birinin zəncirbəndinin arxa tərəfində eyni yazını görəcəksiniz. Təəccüblüdir ki, “YKK” yazısı ucuz Çin məhsullarından tutmuş, bahalı Hermes aksesuarlarına qədər demək olarki, bütün məhsulların üzərində var. Bu simvolun arxasında nə dayanır?

Əfsuslar olsun ki, heç bir mistik anlam yoxdur. “YKK” – abbreviaturadır. Amma maraqlısı odur ki, latın hərfləri yapon adını ifadə edir: “Yoshida Kogyo Kabushikikaisha”. Əgər ingilis dilinə tərcümə etsək, “Yoshida Company Limited” alınar. Bəs soruşacaqsız ki, “Yoshida”nın zəncirbəndlə nə əlaqəsi var?

Xeyir, yaponlar zəncirbənd ixtiraçıları deyillər. Bu ixtira Amerika şirkətlərindən birinə məxsusdur. “Whitcomb L. Judson” adlı şirkət 1890-cı ildə bu ixtiranı potentləşdirmişdir. Lakin bir neçə il sonra bacarıqlı yapon Tadao Yoshida gördüki mövcud olan zəncirbəndlər elədə keyfiyyətli deyillər, tez-tez ilişir və hətda qırılırdılar. O, bu məsələyə yapon həssaslığı ilə yanaşaraq tez bir zamanda öz fabrikini qurur və daha fərqli və daha keyfiyyətli zəncirbəndlər istehsal etməyə başlayır. İstehsal zamanı xüsusi misdən, lentlər üçün nəzərdə tutulmuş keyfiyyətli boyalardan və hətda zəncirbəndlərin dişlərinin yenilənmiş formalarından istifadə olunurdu. Qısası bu gün bildiyimiz zəncirbəndlər ortaya çıxdı.

İstifadəsi rahat və keyfiyyəti yüksək olan zəncirbəndlər haqqında tez bir zamanda bütün dünya xəbər tutdu. Keçən əsrin 30-cu illərində “Yoshida” kompaniyasını artıq bütün iri tekstil istehsalçıları tanıyırdı. “YKK” hərfləri minlərlə məhsulu bəzəyirdi. Bu gün “Yoshida Company Limited” dünyada istehsal olunan zəncirbəndlərin tam yarısına sahibdir. Ona görədə “YKK” yazısını demək olar ki, hər yerdə görmək olar.

 

 

 

 

 

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*