Forbest lenta

XVI əsrdə Avropa əhalisinin 50 % -i sirli “İngilis təri” epidemiyasının qurbanı olmuşdur

XVI əsrdə Avropada “İngilis təri” epidemiyası tüğyan etməyə başlayır. Epidemiya 1485 – 1551-ci illər arası müşahidə edilmişdir. Bu günə qədər olan epidemiyalar arasında ən çox can alan epidemiya kimi tarixə düşmüşdür.

1529-cu ildə Eurericius Kord (Heinrich Ritz) tərəfindən yayımlanan “yeni vəba – ingilis təri” traktatı

Xəstəlik ilk olaraq İngiltərədə qeydə alınmışdır. Britaniyada yaşayan İngiltərənin gələcək Kralı Henri Tudor Uels sahillərinə enərkən virus da artıq onunla bu torpaqlara ilk qədəmini qoymuşdur. İngilis və Fransız muzdlu əsgərlərindən ibarət olan qoşunun əksəriyyəti bu virusa yoluxmuşdular. Henri Tudor Londonda taclandıqdan və taxtda qurulduqdan sonra, virus yerli əhali arasında yayılmağa başladı. Bir ayın içində minlərlə insan tələf oldu. Sonra epidemiya bir müddət səngidi, səngidiki İrlandiyada peyda olsun.

1507 – 1517 –ci illərdə xəstəlik ölkənin fərqli bölgələrinə yayılmağa başladı – Oksford və Kembric əhalisinin tam yarısını itirdi. 1528-ci ildə virus Londona təkrar geri döndü və ordan bütün ölkəyə yayılmağa başladı. Kral VII Henry virusa tutulmamaq üçün paytaxtı tərk eləməli oldu.

Bir neçə müddətdən sonra virus bütün Avropaya yayıldı. İlk olaraq Hamburq, sonra İsveçrə daha sonra Romaya keçdi. Daha sonra isə ard-arda Polşa, Litva, Moskva, Norveç, İsveç bütün Qitəyə yayılmağa başladı. Bilinməyən səbəblərdən Fransa və İtaliya bu virusa yoluxmadı.

Bir şəhərə tam yayılması üçün virusa 2 həftə vaxt bəs edirdi. Çox ağrılı bir xəstəlik idi. Virusa yoluxmuş xəstələrdə: üşütmə, baş ağrıları yaranır, oynaqların əriməsi başlayır. Üç saatdan sonra dəhşət susuzluq yaranır, temperatur inanılmaz həddə çatır və bədənin hər yerindən ifunətli tər iyi gəlir, elə virusun adıda burdan götürülüb. Ürək döyüntüləri artmağa başlayır və xəstə güclü ürək ağrıları çəkirdi. Xəstəliyin xarakterik əlaməti ölümcül yuxu idi, əgər bir insan dərin yuxuya gedərdisə güman edilirdiki, virusa yoluxub və heç bir zaman ayılmayacaq.

Virusun yaranma səbəbi hqqında heç bir məlumat yoxdur. Müasir infeksionerlər xəstəliyin səbəbi kimi təbiətdəki zərərli maddələri, bit, birə və başqa zəhərli həşəratların dişləməsi nəticəsində yarana biləcəyini ehtimal edirlər. Çox guman ki, bu qlobal bəlanın səbəbi sirr olaraq qalacaq. İnfeksionerlərin fikrincə, bu virusun müasir dövrümüzdə baş verməsi mümkün deyil.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*