Forbest lenta

Şəxsi büdcənizə nəzarət üçün faydalı məsləhət

Biznesdə qənaətin pul qazanmaq qədər əhəmiyyətli rolu vardır. Min dollar qazanıb hamısını vacib olmayan alış-veriş və əyləncəyə xərcləmək olar. Beləliklə, məhz qənaət rifahınız və maliyyə vəziyyətinizın yaxşılaşması üçün vacib amildir.
Əslində qənaət etmək çətin deyil. Qarşınıza müəyyən məqsəd və vəzifələr qoymaq və sadə məsləhətlərə əməl etmək kifaətdir.

Arzunuzu müəyyən edin. Arzular böyük (bütün həyatı əhatə edən) və daha kiçik olurlar. Beləliklə, hər arzunun həyata keçirilməsi üçün nə qədər pula ehtiyac olduğunu dəqiq bilməli və bütün arzularınızı əhəmiyyətinə görə müəyyənləşdirməlisiniz.

Xərclərinizə nəzarət edin. Bunu etmək çətin deyil. Sadəcə gəlir və xərclərinizin bir aylıq planını tərtib edin, sonda isə daha çox nəyə vəsait xərclədiyinizi və bu xərcləri azaltmağın mümkün olub-olmadığını müəyyən edin. Hər bir bəndin üzərində işləmək lazımdır.

Reklama müqavimət göstərin. Mağazaların vəzifəsi məhsullarını sizə satmaqdır. Sizin vəzifəniz isə reklamın təsirinə məruz qalmamaq və həqiqətən ehtiyacınız olanı almaqdır. Endirimdə yaxşı bir məhsul görürsünüzsə, o sizə lazım deyil, onun alışı mənasızdır.
İnternet mağazalar. Yadda saxlayın ki, internet mağazalarda qiymətlər orta hesabla 10-15% daha aşağıdır. Lakin istisnalar da olur. İstənilən halda, böyük alış-veriş etməzdən əvvəl, bazardakı qiymətlərlə tanış olmalısınız.
Bir neçə gəlir mənbəyi. Heç kim sizə ikinci işə düzəlməyi tövsiyə etmir. Bu gün əlavə gəlir əldə etmək üçün minlərlə imkan var. Sayt yarada bilirsiniz, yaradın. Gözəl yazmaq bacarığınız var, kopiraytinqlə məşğul olun. Nəhayət, YouTube-da kanalınızı yaradın, yaxşı çalışsanız, tezliklə ilk qazancınızı əldə edə biləcəksiniz – həftədə 1-2 keyfiyyətli video çəkmək kifayətdir.

Şəxsi biznesinizi qurun. İstənilən şəxsi biznes, minimal gəlir gətirsə belə, heç bir şeydən daha yaxşıdır. Əsas özünüzə işləməyə başlayın, lakin ilk vaxtlar əsas işinizlə də məşğul olmağa davam edin. Həmçinin öz işinizi aparmaq gəlir/xərc sxemini daha yaxşı başa düşməyə imkan verəcək.

“Yox” deməyi öyrənin. Bu həm sizdən borc almaq istəyən insanlara, həm də özünüzə aiddir. Heç kimin xətrinə dəyməyə qorxmayın, sadəcə adamlara molyoner olmadığınızı başa salın.
Hər şeyi öz əlinizlə etməyə çalışın. Elektrik enerjisi haqda elementar biliklər usta çağırmadan elektrik mənbəyini asanlıqla təmir etməyə imkan verəcək. Beləliklə, bütün ev işlərini həll etmək olar. Heç kim sizin peşəkar olmağınızı istəmir və ciddi təmir üçün, əlbəttə ki, usta çağırmağınız yaxşıdır. Lakin xırda işləri özünüz edə bilərsiniz.

Elektrik enerjisinə qənaət edin. Hətta elektrik mənbəyində qalmış “charger” elektrik enerjisini işlətməyə davam edir. Çox olmasa belə, ay ərzində müəyyən məbləğ yığılır. Bu eyni zamanda mikrodalğalı soba, televizor, elektrik çaydan və digər cihazlara da aiddir. Nəhayət, bütün lampaları qənaətcillərə, daha yaxşısı işıq diodlu lampalara dəyişin. Onlar, əlbəttə ki, daha bahadır, lakin uzunmüddətli və qənaətcil olduqlarına görə bütün xərclərin əvəzini tezliklə ödəyəcəklər./banker.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*