Forbest lenta

Dünyanın ən qeyri-adi 10 oteli – FOTOLAR

Dünyanın ən qeyri-adi 10 otelini sizlərə təqdim edirk. Ümidvarıq ki, hər biriniz bu otellərdə olmaq istərdiniz.

  1. Malmaison Otel, İngiltərə, Oksford.

Əvvəllər Oksford həbsxanası kimi fəaliyyət göstərmiş və sonradan keçmiş məhbusların yalnız xəyal edə biləcəyi lüks bir otelə çevrilmişdir. Oteldə təxminən 100 lyüks otaq və bir neçə bar var.

“Malmaison Otel”

 

  1. Jules’ Undersea Lodge, ABŞ, Florida.

Elmi-tədqiqat laboratoriyası kimi yaranan və sonradan unikal bir otelə çevrilən bu “dəniz incisi” Floridada Key-Largo sualtı parkında yerləşir. Otelə yalnız 6 metr dərinliyə enərək gedə bilərsiniz. Otel cütlüklər üçün nəzərdə tutulub və həyat üçün zəruri olan hər şeylə təmin edilib. Ora gələn qonaqları balıqlar, balıqları isə gələn qonaqlar sevə-sevə seyr edirlər.

“Jules’ Undersea Lodge”
  1. Das Park Otel, Avstriya.

Dunay sahilində qonaqlara bir gecəlik beton borularda qalmaq üçün yaradılmış əsrarəngiz oteldir. Diametri 2 metr, hündürlüyü 2.5 metr olan su trubası üçün nəzərdə tutulan bu beton borular qapı və pəncərələr ilə təmin edilmişdir. İçərisində yataq otağı lampası, döşək, yorğan və s. gecələmək üçün lazım olan əşyalar vardır. Digər otellərdən fərqli olaraq burada qiymətlər öncədən müəyyən edilmir, beləki, hər kəs özü ödəyəcəyi məbləği müəyyən edir.

“Das Park Otel”
  1. Kakslauttanen Otel, Finlandiya.

Parlaq təbii hadisələrin pərəstişkarı burada şimal şəfəqlərinin sayrışmasına heyran qalacaqlar. Şimali Finlandiyada yerləşən bu otel buzdan düzəldilməsinə baxmayaraq, çox isti və rahat bir ortamın olduğu yerdir. Doğrudur, təkliyə çəkilmək istəyənlər üçün yaxşı seçim deyil. Amma sevən bir cütlük üçün romantikanın tam ortasıdır deyərdim.

“Kakslauttanen Otel”
  1. Utter Inn, İsveç.

Bu otelin müəllifi İsveç rəssamıdır. Stokholm yaxınlığında Mälaren gölü üzərində yerləşən və dalğıc üçün bir platformada dayanan kiçik bir saraya bənzəyir. Bu kiçik sarayın döşəməsinə lyuk yerləşdirilib və bura gələn qonaq lyuku açaraq dəmir nərdivanla suya davamlı yataq otağına enə bilər. Belə bir oteldə bir gecə qalmaq nə qədər maraqı olsada daha çox həyacan vericidir.

“Utter Inn”
  1. Buz Oteli, İsveç.

Bu oteldə qalmaq istəyən turistlərə öncədən isti geyimlərinin olması tövsiyyə olunur. Beləki, Yukkasjarvidə qış aylarında temperatur – 35 ° C-ə qədər düşə bilər. Otelin kinoteatr, sauna, incəsənət qaleriyası və bar ilə təchiz edilmiş 59 otağı var. Yatağın maral dəriləri ilə örtülməsi yatacaq yerin isti qalmasını təmin edir.

“Buz Otel”
  1. Luxury Resort, Sant’Angelo, İtalya

Matera şəhərindəki dört ulduzlu otelin qonaqları, 9000 il əvvəl ulu əcdadları kimi hələdə mağaralarda yaşadıqları üçün öyünə bilərlər. Qaya içərisində açılmış qədim oyuqlar indi, otaq, restoran və bir sənət qalerisi olaraq istifadə edilir.

“Luxury Resort”
  1. Yurt Otel, İspaniya.

Əndəlüsün əsrarəngiz bir küncündə, zeytun ağaclarının arasında yerləşən bu otelin qonaqları, səhər quşların səsi ilə oyanıb, axşam dağların möhtəşəm mənzərəsini seyr edərək yuxuya gedə bilərlər.

“Yurt Otel”
  1. Monasterio Otel, Peru.

Otel Cusco şəhərində yerləşir. XVI əsirdən qalan bir monastırın yerində salınan bu otel dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşir. Gələn qonaqları dağ xəstəliklərindən qorumaq üçün, xüsusi bir sistemdən istifadə edərək otaqlara oksigen ötürülür. Mümkün çətinliklərə baxmayaraq, burada hətda dünyaca məhşur olan Leonardo DiCaprio, Jane Fonda, Gisele Bundchen və digər ulduzlar qonaq olmuşdurlar.

“Monasterio Otel”
  1. Cabanes du Bois Landry, Fransa.

Parisdən 90 dəqiqəlik bir məsafədə yerləşən Bois de Landry’dəki taxta evlər birbaşa palıd ağacları üzərində qurulmuş və bir-biri ilə ip körpüləri və pilləkən sistemləri ilə bağlanmışdır. Otel sahibi qonaqların təbiət ilə daha çox təmasda olması üçün oteli heç bir müasir texnologiya ilə təchiz etməmişdir.

“Cabanes du Bois Landry”

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*