Forbest lenta

Dünya haqqında biliklərinizi artıran 10 elmi fakt

Bəzən elm adamları elə kəşflər edirlər ki, hətda fantastik romanlar belə bu kəşflərin qarşısında aciz qalırlar. Bizim topladığımız qeyri-adi elmi faktlar sizə elmi üfüqlərinizi genişləndirməyə kömək edəcək. Bir daha dünyanın maraqlı və çoxşahəli olduğuna əmin olacaqsız. Keçək qeyri-adi elmi faktlara.

  1. Böyüklərə nisbətən uşaqlarda 70 sümük daha çoxdu

Yeni doğulmuş körpələrdə adətən 270-ə yaxın sümük olur ki, bunlarında əksəriyyəti çox xırdadırlar. Bu skleti daha elastik edir və körpənin doğum kanalından rahat keçməsinə kömək edir. Böyümə dövrü zamanı bu sümüklərin çoxu birləşir. Yetkin bir insan orta hesabla 200-213 sümüyə sahibdir.

  1. Eyfel qülləsi yayda 15 santimetrə qədər böyüyür

Bu nəhəng tikili istilik kompensatorları ilə təchiz olunub, bunun sayəsində polad konstruksiya zədə almadan genişlənə və ya yığıla bilir. Polad qızdıqda genişlənməyə başlayır və daha böyük həcimdə olur. Buna termal genişlənmə deyilir. Və əksinə temperaturun düşməsi ilə həcim kiçilir. Bunun üçün körpülər kimi nəhəng tikililər istilik kompensatorları ilə təchiz olunur ki, buda onlara hava şəraitinə uyğun olaraq zədələnmədən ölçülərini dəyişməyə imkan yaradır.

  1. 20 % oksigen Amazon tropik meşələrində formalaşır

Amazon tropik meşələri 5.5 milyon kvadrat kilometri əhatə edir. Amazon meşələri əhəmiyyətli dərəcədə oksigen istehsal edir və çoxlu miqdarda karbon dioksid udur, buna görədə ona planetimizin ağ ciyəri deyilir.

  1. Bəzi metallar kimyəvi cəhətdən o qədər aktivdirlər ki, su ilə təmasda asanlıqla partlaya bilirlər

Bəzi metal və birləşmələrin – kalium, sodyum, lityum, rubidium və seyzumun kimyəvi aktivliyi yüksək olduğu üçün, hava ilə yüngül təması yanğına, su ilə təması isə partlayışa səbəb ola bilər.

  1. Hər il Havay adaları Alyaskaya 7.5 sm yaxınlaşır

Yer qabığı bir neçə böyük hissələrdən – tektonik plitələrdən ibarətdir. Bu plitələr həmişə mantiyanın üst qatı ilə birgə hərəkət edirlər. Havay Sakitokean plitəsinin orta hissəsində, Alyaska isə Şimali-Amerika plitəsində yerləşir. Havay şimal-qərbə doğru yəni Alyaskaya tərəf yavaş-yavaş hərəkət edir. Hərəkətin sürəti, bir insanın dırnaqlarının böyüməsinin sürətinə bərabərdir.

  1. 2.5 milyard il sonra yer üzündə yaşamaq mümkün olamayacaq

Planetimiz tədricən Marsa bənzər böyük bir səhraya çevriləcək. Günəşin temperaturu getdikcə artmaqdadır. Təqribən 2.5 milyard il sonra Günəşin temperaturu insan üçün vacib olan okeanları buxarlandıracaq qədər artacaq. Yer planeti böyük bir səhraya çevriləcək.  Elm adamlarının təbiricə desək, bir neçə milyard il sonra Gunəş qırmızı nəhəngə çevrilib Yer planetini “udacaq”, buda planetimizin sonu olacaq.

  1. Qütb ayılarını praktiki olaraq termal görüntüləyici ilə aşkar etmək mümkün deyil

Termal görüntüləyici bir obyekti yaydığı istiliklə müəyyən edə bilir. Qütb ayıları isə istiliklərini qorumaqda profesianaldırlar. Qalın piy qatı və isti kürkün sayəsində Qütb ayıları Arktikanın ən soyuq günlərinə dözə bilirlər.

  1. Günəş işığının yerə çatmasına 8 dəqiqə 19 saniyə vaxt tələb olunur.

Məlumdur ki, iğın sürəti saniyədə 300 min kilometrdir. Belə başdöndürən sürətə baxmayaraq Günəşdən yerə gəlib çatmağa müəyyən vaxt lazımdır. Kosmik miqyasda 8 dəqiqə çox deyil amma Plutona çatmaq üçün Günəş işığına 5.5 saat vaxt tələb olunur.

  1. Venera saat əqrəbi istiqamətində dönən tək planetdir

Alimlərin bununla bağlı bir çox versiyaları var. Ən çox ehtimal edilən: keçmişdə nəhəng astroidlərin onun traektoriyasına təsir etmələri, və ya atmosferin yuxarı təbəqəsində hava axınlarının güclü dövriyyəsidir.

  1. Birə kosmik məkikdən (Kosmik məkik— ABŞ-da NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir) daha tez sürətlənə bilir

Birənin tutlanması qısa bir zaman kəsiyində ağlasığmaz hündürlüyə çatır – millisaniyədə 8 sm. Hər bir sıçrama birəyə inanılmaz sürət verir, bu, kosmik gəminin sürətlənməsinin 50 qatına bərabərdir.

 

 

 

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*