Forbest lenta

13 min dollarlıq şəxsi ada – FOTO

İngiltərəli Brendon Grimshaunun 40 yaşı olanda qəzet redaktorluğu işini ataraq yeni həyata başlamağa qərar verir. 13 min dollara Seyşel adalarında kişik bir ada alır və həmişəlik ora köçür. O zamana qədər 50 ildir ki, adaya insan ayağı dəymirdi. Yerli aborigenlər arasından “Robinzon” özünə həyat yoldaşı tapır. Onun “Pyatniça”sının adı Rene Laforten idi. Brendon Rene ilə birgə öz evlərini tikməyə başlayırlar. Rene adaya arada gəlirdi amma Brendon 10 ildən çox idiki adadan heç yerə çıxmırdı.

39 il ərzində onlar öz əlləri ilə 16 min agac əkdilər və demək olar ki, 5 kilometrdən artıq yol saldılar. 2007-ci ildə Rene vəfat edir və Brendon adada yalnız başına qalır.  Onun 81 yaşı vardı. O, adaya 2 min yeni quş növü və yüzlərlə nəsli kəsilməkdə olan nəhəng tısbağalar cəlb edir. Brendonun sayəsi nəticəsində, bir zamanlar tərk edilmiş adada Seyşel faunasının təxminən üçdə ikisi mövcud olur. Tərk edilmiş bir torpaq parçası əsl cənnətə çevrilir.

Bir neçə il əvvəl Səudiyyə Ərəbistanının Şahzadəsi Brendona ada üçün 50 milyon dollar təklif edir amma “Robinzon” imtina etdi: “Zənginlər üçün əyləncə yeri olmasını istəmirəm. Hər kəsin dincələ biləcəyi Milli Park olmasını istərdim”. Və nəhayət arzusuna çatır, 2008-ci ildə adanı Milli Park elan edirlər.

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*