Forbest lenta

Yeni bir qalmaqal olacaq – Facebook Instagram şəkillərinizi icazəsiz istifadə edir

Son günlərin gündəmindən düşməyən Facebook skandalının əsas səbəbi bildiyimiz istifadəçi məlumatlarının icazəsiz verilməsi idi. Ortaya çıxan bəzi məlumatlara görə Facebook dərsini tam almayıb. Öz proyektlərində istifadə etdiyi süni zəka alqoritmalarını təkminləşdirmək üçün çalısan Facebook yeni istifadəçilərindən icazəsiz onların məlumatlarıni istifadə edir.

Facebook süni zəka alqoritmalarını təkminləşdirmək üçün Instagram şəkillərindən istifadə edir və bu icazəsiz bir şəkildə baş verir.

Facebook süni zəka alqoritması üçün Instagram-da paylaşılan və çox detala malik olan şəkilləri istifadə edir. Yəni, ağaclar, gün batımı və insanlarla bir yerdə olan bir selfi şəkliniz varsa, çox güman Facebook tərəfindən  istifadə edilir. F8 konfransında Facebook rəsmiləri tərəfindən bildirilənlərə görə, açıq profil və #tag istifadə edən profillər ilkin olaraq istifadə edilir. Milyardlarca şəkil istifadə edən Facebook, indi də başını bu skandal ilə bəlaya salmasa yaxşı olar./technote.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*