Forbest lenta

Daha bir azərbaycanlının Batumidə yüksək səviyyəli oteli açılır

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində Azərbaycan investisiyası ilə tikilmiş 5 ulduzlu mehmanxana açıqlacaq. Otel “Gloria Ltd” şirkətinə məxsusdur. 

Forbest.az xəbər verir ki, dünən Acarıstan hökumətinin sədri Zurab Pataradze və Azərbaycan Respublikasının Baş konsulu Pərviz İsmayılzadə otel ilə tanış olublar.

Bildirilib ki, Batumi bulvarında yerləşən 5 ulduzlu “Grand Gloria” oteli İyunda açılacaq.

Oteldə 170 nömrə mövcuddur.

Layihəyə 31 milyon dollar  investisiya yatırılıb.

Tbilisidəki “Tiflis Palace” hoteli və “Tiflis Veranda” restoranı da Azərbaycanın “Gloria Ltd” şikətinə məxsusdur.

Gürcüstan mətbuatı “Gloria Ltd” şikətinin AZAL-ın prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva və övladları (Cəmiləni və Məlahət Əsgərovalar) olduğunu yazıb.

 marja.az

İlk şərh yazan siz olun

Leave a Reply

Sizin email ünvanınız saytda dərc olunmayacaq.


*